XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2017 - 21:23

Putin:"Yaxın vaxtlarda dünya energetika bazarında vəziyyət tənzimlənəcək"

 

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, yaxın vaxtlarda dünya energetika bazarında vəziyyət tənzimlənəcək. O, Rusiya Energetika Həftəsi Forumunun plenar iclasında çıxışında deyib: “Dünya bazarlarında vəziyyət hasilatçıların düşünülmüş yanaşmasından asılı olacaq. OPEC ölkələri və birliyə daxil olmayan digər hasilatçı dövlətlərlə son sövdələşmələr göstərir ki, razılığa gəlmək mümkündür”.

Rusiya dövlətinin başçısı hesab edir ki, yaxın vaxtlarda dünya energetika bazarında vəziyyətin nizama düşəcəyini deməyə əsas var. Onun fikrincə, enerjiyə olan tələbat durmadan artacaq. Bu, həm karbohidrogen xammalına, həm də bərpa olunan enerji növlərinə aiddir. Karbohidrogenlərə ehtiyac hələ bir neçə onilliklər qalmaqda və hətta artmaqda davam edəcək(azərtac).