XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2015 - 11:55

Bu il dünyada ölən jurnalistlərin sayı açıqlandı

“Sərhədsiz reportyorlar” (Reporters Without Borders) təşkilatının məruzəsində 2015-ci ildə bilavasitə vəzifələrini icra edərkən 67 jurnalistin həyatını itirdiyi qeyd olunur.

Azərtac xəbər verir ki, təşkilatın məruzəsində 2015-ci ildə ümumilikdə 110 jurnalistin həlak olduğu deyilir. Onların azı 67-si vəzifələrinin icrası ilə bağlı səbəblərə görə həyatını itirib, 43-nün ölüm səbəbi isə müəyyən olunmayıb. Jurnalist ölümlərinin üçdə ikisi hərbi münaqişələrin yaşanmadığı ölkələrdə baş verib.

Jurnalistlərin fəaliyyəti üçün ən təhlükəli ölkələr 2015-ci ildə hər birində vəzifələrini icra edən 9 jurnalistin öldüyü Suriya və İraqdır. Bundan başqa, elə həmin il İraqda iki, Suriyada isə bir jurnalist müəyyən edilməyən səbəblərə görə həyatını itirib. Bu göstəriciyə görə ikinci yeri bu il yanvar ayında 8 media işçisinin qətlə yetirildiyi “Charlie Hebdо” həftəlik satirik jurnalının redaksiyasına edilən hücumla əlaqədar olaraq Fransa tutur. Məruzəyə əsasən, jurnalistlər üçün təhlükəli ölkələr sırasında növbəti yerlərdə Yəmən, Cənubi Sudan, Hindistan, Meksika və Filippin gəlir.

Təşkilatın məlumatına əsasən, 2005-ci ildən bəri dünyada ümumilikdə 787 jurnalist öldürülüb.