İspaniya Kataloniyanın müstəqil olmayacağını bəyan edib.
Bunu ölkənin iqtisadiyyat naziri Lusi de Qindos Xurado “Bloomberg TV”yə açıqlamasında bildirib.
O deyib ki, bu, həmin regionda yaşayan insanlar üçün fəlakətlə nəticələnə bilər.
Kataloniyada regionun müstəqil olması ilə bağlı oktyabrın 1-də referendum keçiriblər. Səsvermədə iştirak edənlərin 90 faizinin İspaniyadan ayrılmağı dəstəklədiyi bildirilir. Regional hökumət yaxın vaxtlarda müstəqillik elan etməyə hazırlaşır/APA.