XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2017 - 15:51

“Müstəqillik əldə edəcəyi təqdirdə, Kataloniya Avropa İttifaqından çıxarılacaq” –Pyer Moskovisi

"Avropa İttifaqı yalnız vahid İspaniyanı üzv kimi tanıyır".

Bunu Avropa İttifaqının (Aİ) iqtisadiyyat və maliyyə komissarı Pyer Moskovisi deyib.

Onun sözlərinə görə, Kataloniya müstəqil olarsa, Aİ-dən çıxarılacaq. Eyni zamanda komissar hadisələrin belə gedişini "siyasi fantastika" kimi qələmə verib.

Avropa Komissiyası müstəqillik əldə edəcəyi təqdirdə, Kataloniyanı Aİ-dən çıxaracaq. O vurğulayıb ki, əslində, heç bir katalon müstəqilliyi yoxdur, amma böhrandan çıxış yolunu ispanların özləri dialoq vasitəsilə tapmalıdır.

Qeyd edək ki, Kataloniyanın müstəqilliyi üzrə "referendum" oktyabrın 1-də keçirilib, İspaniya hökuməti onun konstitusiyaya zidd olduğunu elan edib/Report.