XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2015 - 16:05

“Canlı bomba” terroru – 22 ölü, 30 yaralı

Pakistanın şimal-qərbindəki hökumət binasına intihar hücumu nəticəsində 22 nəfər həyatını itirib.

BBC xəbər verir ki, “canlı bomba” özünü Mərdan şəhərindəki Milli Məlumat Bazası və Qeydiyyat Ofisinin (NARDA) önündə partlayıb. Partlayış nəticəsində 30 nəfərin yaralandığı bildirilir.

Məlumata görə, “canlı bomba” hadisə yerinə motosikletdə gəlib. NARDA-nın önündə adətən şəxsiyyət vəsiqəsini almaq üçün gələn insanların izdihamı olur. ölənlərin əksəriyyəti mülki şəxslərdir. 

“Taliban” hücuma görə məsuliyyəti üzərinə götürüb.