XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Oktyabr 2017 - 12:08

Sergey Lavrov:"Xəzərin statusu ilə bağlı danışıqların tezliklə finişə çatacağına ümid edirik"

Moskva Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyaya hazırlıq prosesinin tezliklə finiş xəttinə çatacağına ümid edir.

 APA-nın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı ilə keçirdiyi danışıqların yekununda deyib.

 O qeyd edib ki, Qazaxıstan Xəzərin hüquqi statusu ilə bağlı 5-ci sammitə ev sahibliyi etməyə hazırlaşır: “Biz ümid edirik ki, 5 ölkə başçısının razılaşdığı kimi, sammit gələn il baş tutacaq. Biz bu gün Konvensiya üzrə hazırlıq prosesini müzakirə etdik”.