XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2017 - 20:25

İspaniya polis zorakılığına görə Kataloniyadan üzr istədi:"Bu görüntülərdən peşmanlıq hissi keçirirəm"

İspaniya hökumətinin Kataloniyadakı təmsilçisi Enrik Millo müstəqillik referendumunda polislərin dinc sakinlərə şiddət göstərməsindən dolayı üzr istəyib.

Publika.az xəbər verir ki, E.Millo şiddət görüntülərinə baxarkən üzüntü keçirdiyini söyləyib: “Görüntüləri izləyərkən bəzi insanların itələndiyini, vuruldğunu gördüm. Bu görüntülərdən dolayı sadəcə peşmanlıq hiss edə bilirəm. Dinc sakinlərə müdaxilə edən polislər adından üzr istəyirəm”.

Qeyd edək ki, bazar günü keçirilən səsvermədə Madridin Kataloniyaya göndərdiyi təhlükəsizlik qüvvələri xalqa sərt müdaxilələr etmiş və 900-ə yaxın insane müxtəlif dərəcəli xəsarətlər yetirmişdi.