XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Oktyabr 2017 - 21:20

Kataloniyada referendumun yekun nəticələri açıqlandı –2 milyon 44 min 38 nəfər müstəqilliyə "hə" deyib

Kataloniya hökuməti oktyabrın 1-də keçirilmiş müstəqillik haqqında referendumun yekun nəticələrini elan edib.

"RİA Novosti"nin məlumatına görə, muxtariyyətin müstəqilliyinə iki milyondan artıq seçici səs verib. Bu da səsvermədə iştirak edənlərin ümumi sayının 90,18%-ni təşkil edir. Səsvermədə 5,3 mln səsvermə hüququ olan seçicidən 2 286 217 nəfəri (43,03%) iştirak edib. Onlardan 2 milyon 44 min 38 nəfər (90,18%,) müstəqilliyin lehinə, 177 547 nəfəri isə əleyhinə (7,83% ) səs verib.

Qeyd edək ki, səs verənlərin 1,98%-i qutuya boş bülleten atıb/ Report