Ukrayna prezidenti Pyotr Poroşenko hökumətə Rusiya qarşı iqtisadi cavab sanksiyalarının tətbiqinə icazə verən qanunu imzalayıb.
Modern.az bildirir ki, bu haqda Ali Radanın saytında məlumat verilib.
Parlament dekabrın 24-də bu qanunu qəbul edib.
Təşəbbüsün müəllifi, Ukraynanın Baş naziri Arseni Yatsenyuk deyib ki, cavab sanksiyaları 2016-cı il yanvarın 1-dən qüvvədə olacaq.
Xatırladaq ki, Ukrayna Rusiyaya qarşı bəyan etdiyi sanksiyaların tətbiqinə noyabrın 17-dən başlayıb. Siyahıda Rusiyanın 29 bankı, 20-dən çox hava şirkəti, bir neçə hərbi-sənaye müəssisəsi, Rusiyanın virus əleyhinə iri istehsalçıları var.