XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2017 - 14:28

Qırğızıstan prezidenti Qazaxıstanı suçladı –Seçkilərə müdaxilə ittihamıyla

Qırğızıstan Prezidenti Almazbek Atambayev Qazaxıstan rəhbərliyini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib.

Trend-in məlumatına görə, A.Atambayev qonşu ölkənin bu ay Qırğızıstanda keçiriləcək prezident seçkiləri prosesinə müdaxilə etdiyini bildirib.

Sentyabrın sonunda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin prezidentliyə namizəd Omurbek Babanovla görüşməsi iki ölkə arasında diplomatik qalmaqala səbəb olmuşdu.

Bişkek Astananın “Qırğızıstan xalqının seçiminə təsir etmək” istədiyini bildirmişdi.