XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2017 - 15:25

AŞPA prezidenti postuna namizədlər- Adlar açıqlandı

Avropa Şurası Parlament Assambleyası (AŞPA) prezidenti postuna namizədlərin adları açıqlanıb.

Trend təşkilatın saytına istinadən xəbər verir ki, bu vəzifəyə Stella Kiriakides (Stella Kyriakides) və Emanuelis Zinqerisin (Emanuelis Zingeris) namizədliyi irəli sürülüb.

AŞPA-nın qaydalarına uyğun olaraq təşkilatın prezidenti oktyabrın 9-da Strasburqdakı payız sessiyasında gizli səsvermə yolu ilə seçiləcək.

Qeyd edək ki, AŞPA prezidenti Pedro Arqamunt dünən istefa verib. Hazırda assambleyanın prezidenti vəzifələrini Rocer Qeyl icra edir.