XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Oktyabr 2017 - 15:36

ABŞ raket əleyhinə sistemlərin Səudiyyəyə satışına icazə verdi –15 milyardlıq müqavilə

ABŞ Dövlət Departamenti raket əleyhinə THAAD sistemlərinin Səudiyyə Ərəbistanına satışına razılıq verib.

APA-nın xəbərinə görə, bu barədə Dövlət Departamentin bəyanatında deyilir.

Məlumata əsasən, müqavilənin məbləği 15 milyard təşkil edir.  

Bu ilin mayında Ər-Riyadda ABŞ və Səudiyyə Ərəbistanı arasında ümumi dəyəri 110 mlrd. dollar olan  bir neçə hərbi kontrakt imzalanıb. Ağ Ev nümayəndələri müqavilələrin İranın təhdidləri qarşısında Səudiyyə Ərəbistanı və Fars körfəzi regionunda təhlükəsizliyinin təmin edilməsinə kömək olacağını bildiriblər.

Səudiyyə Ərəbistanı hərbi xərclərin həcminə görə, ABŞ və Çindən sonra üçüncü yerdədir. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz Əs-Səudun 2018-ci ilin əvvəlində ABŞ-a rəsmi səfəri nəzərdə tutulub.