XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2017 - 16:38

Messinin şərəfinə tematik park salacaqlar- Çində

2020-ci ildə Çinin Nankin şəhərində dünyanın ən güclü futbolçularından birinin – Argentina yığmasının və İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messinin şərəfinə tematik park açılacaq.

Azərtac "vistanews.ru"ya istinadla xəbər verir ki, parkın sahəsi təxminən 80 min kvadratmetr təşkil edəcək. Tikintinin dəyəri 170 milyon avro qiymətləndirilir. Tematik parkı hər il 4-5 milyon turistin ziyarət edəcəyi gözlənilir. Parka giriş biletinin qiyməti 40 dollar olacaq.

Qeyd edək ki, əvvəllər Nankində Messinin şərəfinə muzey açmaq planlaşdırılırdı.