XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2017 - 17:57

Kopenhagen aeroportunda sərhəd nəzarəti sərtləşdirilib- Səbəb

Avropa İttifaqının qərarına əsasən, oktyabrın 7-də Danimarkanın paytaxtı Kopenhagendəki "Kastrup" aeroportunda Şengen zonası ölkələrini tərk edənlər və ora gələnlərə qarşı sərhəd nəzarəti sərtləşdirilib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Qaydaların yenidən nəzərdən keçirilməsi və sərtləşdirilməsinə səbəb Aİ-yə üzv ölkələrin vətəndaşlarının İŞİD terror qruplaşmasına qoşulmaq məqsədilə Suriyaya və ya İraqa getməsidir.

"Təhlükəsizliyi yüksəltmək üçün nəzarəti artrırıq. Avropanı tərk edənlər və ora daxil olanlarla işi yaxşılaşdırmaq üçün əlimizdən gələni edəcəyik. Bu həm də Suriyadan Avropaya geri dönən yaraqlılarla bağlıdır", – Danimarkanın miqrasiya naziri İnqer Stöyberq bildirib.