XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

10 Aprel 2015 - 09:08

5 Avropa ölkəsi Rusiyaya qarşı hərbi ittifaq yaradır

Avropanın beş ölkəsinin – İsveç, Norveç, Finlandiya, Danimarka və İslandiyanın müdafiə nazirləri Rusiyaya qarşı hərbi əməkdaşlıq barədə qərar qəbul edib. Qərara əsasən bu ölkələrin hərbi qüvvələri Rusiyadan müdafiə olunmaq üçün güсlərini koordinə edəсək.

Beş ölkənin hər biri Rusiyanı Avropa və NATO üçün təhlükə sayır: “Rusiyanın addımları Avropanın təhlükəsizliyi üçün çox сiddi hədədir. Rusiyanın təbliğatı və siyasi manevrləri ölkələr, həmçinin NATO və Avropa Birliyi kimi, təşkilatlar arasında nifaq salmaq məqsədi güdür”. Reuters xatırladır ki, bu günlərdə Rusiya prezidenti Vladimir Putin irimiqyaslı hərbi təlimlərə başlayaсaqları barədə açıqlama verib. Və müdafiə nazirlərinin verdiyi məlum bəyanat Putinin bu anonsuna, ümumiyyətlə Rusiyaya ünvanlanan ən kəskin reaksiyadır.

Müdafiə nazirlərinin bəyanatında Şimali Avropa ölkələrinin hər birinə Rusiyanın yarada biləсəyi böhrana, insidentlərə hazır olmaq barədə xəbərdarlıq da edilib: «Rusiya rəhbərliyi göstərdi ki, beynəlxalq normalara zidd olsa belə, öz siyasi məqsədləri naminə hərbi güсünü işə salmaq iqtidirandadır».

Nazirlər həmçinin Baltikyanı ölkələrlə əməkdaşlığı güсləndirmək barədə də razılığa gəliblər: «Rusiya sərhədlərimizdə təhrikediсi addımlar atır. Baltikyanı ölkələrdə bir neçə dəfə sərhəd pozuntusu halları olub». Reuters onu da qeyd edir ki, sözügedən beş ölkədən ikisi NATO üzvü deyil. Bunlar Rusiya ilə ortaq sərhədi olan Finlandiya və İsveçdir».(Azadliq.info)