XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Oktyabr 2017 - 21:24

Neymar UEFA-ya müraciət edib- “Barselona”nı Çempionlar Liqasından çıxarmaqla bağlı

“PSJ” komandasının hücumçusu Neymar UEFA-ya müraciətilə “Barselona”ya təsir etməyə çalışıb.

Azərtac xəbər verir ki, braziliyalı futbolçu UEFA-ya şikayətində “Barselona”nı Çempionlar Liqasından çıxarmağı xahiş edib. Kataloniya klubunun onun atasına 26 milyon avro dəyərində loyallıq bonusunu ödəmədiyinə görə Neymar bu addımı atmaq qərarına gəlib.

UEFA bu məsələyə önəm verməməklə “Barselona” komandasına tərəf olduğunu göstərib.

Xatırladaq ki, Neymar bu ilin yayında “PSJ” komandasına keçmək barədə 222 milyon avroluq müqavilə bağladığından Kataloniya klubu ona bonus verməkdən boyun qaçırıb.