XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2017 - 22:15

AŞPA-nın yeni rəhbəri oktyabrın 9-da seçiləcək

Avropa Şurası parlament Assambleyasının (AŞPA) yeni sədri bazar ertəsi, oktyabrın 9-da seçiləcək.

"Report" xəbər verir ki, bu barədə məlumat AŞPA-nın saytında yerləşdirilib.

"Sədr assambleyanın prosedur qaydalarına uyğun olaraq AŞPA-nın oktyabrın 9-da Strasburqda keçiriləcək açıq sessiyasında gizli səsvermə ilə seçiləcək", – deyə məlumatda qeyd olunur.

Bildirilir ki, yeni rəhbər 22-26 yanvar 2018-ci il tarixlərində Strasburqda keçiriləcək növbəti sessiyanın açılışınadək öz postunu tutacaq.