XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2017 - 22:32

Ərdoğan Serbiyaya gedəcək- Rəsmi səfər

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 9-11 oktyabr tarixlərində Serbiyaya rəsmi səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.  
 
“Prezident Rəcəb Tayyip Ərdoğan Ukraynaya səfərini başa çatdıraraq, 9-11 oktyabr tarixlərində Serbiyaya rəsmi səfər edəcək. Səfər Serbiya prezidenti Aleksandr Vuçiçin dəvəti əsasında baş tutacaq. Səfər çərçivəsində ikitərəfli münasibətlərin genişləndirilməsinə dair müxtəlif sənədlər imzalanacaq, həmçinin Türkiyə-Serbiya biznes forumu keçiriləcək”, – deyə məlumatda bildirilir.  
 
Türkiyə prezidenti  Aleksandr Vuçiç və Serbiya parlamentinin sədri Maya Qoykoviçlə danışıqlar aparacaq, Novi Pazar şəhərinə səfər edəcək.