XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2017 - 09:26

İran XİN rəhbəri:"Biz ballistik raketlərinin sərrastlığını artırmaq məqsədi ilə sınaqlar keçiririk"

"İran nüvə silahına sahib olmaq deyil, ballistik raketlərinin sərrastlığını artırmaq məqsədi ilə sınaqları keçirir".

Bu barədə İran XİN rəhbəri Məhəmməd Cavad Zərif ABŞ-ın “Newsweek” nəşrinə müsahibəsində bildirib.  

O qeyd edib ki, İranın arsenalındakı ballistik raketlər ölkənin müdafiəsini təmin etmək üçün istehsal olunub və nüvə silahı kimi istifadə üçün tamamilə uyğunsuzdur.    

“Biz raketlərin sərrastlığını artırmaq məqsədi ilə onları sınaqdan keçirməkdə davam edirik. Əgər raket  nüvə silahı kimi istifadə üçün istehsal edilibsə, belə halda sərrastlığa gərək yoxdur. İranın sahib olduğu ballistik raketlər qeyri-nüvə başlıqların quraşdırılması üçün nəzərdə tutulub”, – deyə nazir qeyd edib/APA.