XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2017 - 18:34

Gürcüstanın baş naziri:“GUAM regional əməkdaşlığın inkişafında mühüm rol oynayır”

GUAM ölkələri arasında əlaqələr inkişaf edir. GUAM üzv və tərəfdaş ölkələr arasında əlaqələrin genişlənməsində, eləcə də regional əməkdaşlığın inkişafında mühüm rol oynayır”.

Bu sözləri Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili GUAM-ın Xarici İşlər Nazirləri ilə görüşdə söyləyib.

Baş nazir bildirib ki, GUAM-ın yaranmasının XX ildönümünə həsr olunmuş yubiley tədbirinin Gürcüstanda keçirilməsi əlamətdar hadisədir.

Baş nazir deyib: “Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın birgə əməkdaşlığı sayəsində regionda iqtisadi, siyasi, mədəni, turizm və digər sahələrdə əlaqələr əsaslı şəkildə inkişaf edib. Gürcüstan bu əlaqələrin daha da inkişafında maraqlıdır və bunun üçün əlindən gələni etməyə hazırdır”.

Görüşdə iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib, ikitərəfli, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb.

Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq, regional münaqişələr, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı, regional layihələr və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb/Report.