XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2017 - 18:55

Barselonada “vahid İspaniya”ya dəstək aksiyası başladı –1 milyon insan qatıldı

Bu gün Barselonada vahid İspaniyaya dəstək üçün keçirilən aksiyaya 950 min insan qatılıb.

Bunu aksiyanın təşkilatçısı Katalonya Vətəndaş Cəmiyyəti Assosiasiyası açıqlayıb.

Aksiyada tək Barselona deyil, İspaniyanın müxtəlif şəhərlərinin sakinləri qatılıb. Aksiya iştirakçılarının əksəriyyəti İspaniya, Kataloniya və Avropa Birliyinin bayraqlarını dalğalandırıb. Aksiyada çıxış edən dramaturq, Nobel mükafatı laureatı Mario Varqas Los deyib ki, şirkətlərin Kataloniyanı tərk etməsini və Barselonanın vəbadan əziyyət çəkən orta əsr şəhəri kimi görünməsini istəmirlər: “Biz istəyirik ki, Kataloniya İspaniyanın lokomotivi, mədəniyyət paytaxtı olsun. Kataloniya azadlıq və qanunların riayət olunduğu bir yerdir, separatçıların bunu dağıtmasına yol vermək olmaz. Azadlığa, Kataloniyaya və İspaniyaya salam olsun!” .

Xatırladaq ki, oktyabrın 1-də Kataloniyada müstəqillik referendumu keçirilib. İspaniya hökuməti referendumu qeyri-qanuni və qəbuledilməz adlandırıb.

Qeyd edək ki, oktyabrın 10-da Kataloniya muxtariyyətinin parlamentinin iclası keçiriləcək. İclasda Kataloniya muxtariyyətinin rəhbəri Karles Puçdemon regiondakı situasiya barədə çıxış edəcək. 

APA