XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

09 Oktyabr 2017 - 02:25

ABŞ-ın yeni səfiri Rusiya ilə yaxşı münasibətlər üçün əsas şərti açıqladı –Ukrayna məsələsi

ABŞ-ın Rusiyadakı yeni səfiri Con Huntsman bildirib ki, iki ölkə arasında münasibətlərin yaxşılaşmasında Ukraynanın ərazi bütövlüyünün bərpası məsələsi xüsusi əhəmiyyət kəsb edəcək.

Səfirin oktyabrın 7-də dediyinə görə, münasibətlərin normallaşması üçün ilk addımı Moskva atmalıdır – Ukraynaya imkan verməlidir ki, beynəlxalq aləm tərəfindən tanınan sərhədləri daxilində ərazilərinə nəzarəti qaytarsın.

Huntsmanın sözlərinə görə, bu, təkcə ABŞ-ın yox, həm də Avropa Birliyi, Kanada və demək olar ki, bütün başqa inkişaf etmiş ölkələrin mövqeyidir.

Moskva Ukraynanın Krım bölgəsini ilhaq edib. Bundan başqa, rusiyameylli separatçılar Ukraynanın şərqində nəzarəti ələ keçiriblər. 2014-cü ildən bəri hökumət qüvvələri ilə separatçılar arasında baş verən toqquşmalarda 10 minəcən insan ölüb.

Ukrayna ölkənin şərqinin əslində Rusiya ordusu tərəfindən işğal edildiyini bildirir. Kreml bu ittihamları qəbul etmir.

Avropa Birliyi və ABŞ Krım məsələsinə görə Rusiyaya sanksiyalar qoyub. Amma Ukrayna məsələsi ABŞ və Rusiya arasındakı problemlərin yalnız biridir.

Huntsman deyib ki, o, Şimali Koreyanın nüvə və ballistik raket proqamları ilə bağlı problemin həllində də Moskva ilə əməkdaşlıq etmək istərdi.

Səfir Şimali Koreyanı təkcə ABŞ üçün yox, bütün dünya üçün təhlükə sayır: "ABŞ və Rusiya əməkdaşlıq edərək Şimali Koreyanı danışıqlar masasına əyləşməyə və problemi sülh yolu ilə çözməyə məcbur edə bilər".

Huntsman bu sözləri prezident Donald Trampın Şimali Koreya ilə fikirlərindən bir neçə gün səsləndirib. Tramp oktyabrın 1-də deyib ki, "Şimali Koreya ilə danışıqlar vaxt itkisi olub". 

Səfir Kreml və Ağ ev arasında Suriya ilə bağlı əməkdaşlığın da mümkünlüyünü dilə gətirib. Onun fikrincə, terrorçu qruplara qarşı birgə mübarizə Suriyada 6 ildir davam edən vətəndaş müharibəsinə son qoya bilər.

ABŞ və Rusiya Suriyada düşmənçilik edən fərqli tərəfləri dəstəkləyirlər. ABŞ ilə Rusiya arasında münasibətlər Amerikadakı prezident seçklərindən sonra daha da pisləşib. ABŞ Konqresi Rusiyanı seçkilərə müdaxilədə suşlayır. Buna görə Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirib.

Azadlıq Radiosu