XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2017 - 11:00

Qaradərili futbolçular diz çökdü –ABŞ-ın vitse-prezidenti oyunu yarımçıq tərk etdi – FOTO

ABŞ vitse-prezidenti vətəni İndianada keçirilən futbol oyununu tərk edib.

Mayk Pens bunu bəzi oyunçuların milli himn zamanı diz çökməsinə etiraz əlaməti olaraq edib.

İndianının sabiq qurbernatoru daha sonra Tvitter hesabında yazıb ki, “mən və prezident Tramp əsgərlərimiz, bayrağımız və milli himnimizə hörmətsizlik göstərilən tədbirləri təqdir edə bilmərik”.

Tramp Tvitterdə vitse-prezidentin qərarının kortəbii olmadığını yazaraq bildirib ki, “mən Pensdən ölkəmizə hörmətsizlik olan dizçökməyə yol verilsə, stadionu tərk etməsini istəmişdim”.

Əksəriyyəti Afrika mənşəli amerikalılar olan oyunçular isə irqi ayrı-seçkiliyə və sosial bərabərsizliyə bu yolla etirazlarını bildirdiklərini deyir. Son həftələr adi hal alan dizçökmələr bir neçə silahsız qaradərilinin polis tərəfindən öldürülməsinə etiraz mahiyyəti daşıyır ("Amerikanın səsi").