XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2017 - 14:58

Bərzani referendumun nəticələrini dondurmağa hazırdır –Şərtini açıqladı

İraq Kürdüstanının lideri Məsud Bərzani federal hökumətin bu region üçün tətbiq etdiyi sanksiyaları ləğv edəcəyi təqdirdə, müstəqilliklə bağlı referendumun nəticələrini dondurmağa hazırdır.

 APA-nın məlumatına görə, bu barədə İraqın vitse-prezidenti Usama ən-Nuceyfi “Al Arabiya” kanalına açıqlamasında deyib.  

Oktyabrın 8-də İraq Kürdüstanı lideri ilə İraqın vitse-prezidentləri Usama ən-Nuceyfi və Ayyad Alavi arasında danışıqlar aparılıb. Görüşdə Ərbil və Bağdad arasında narazılığın həlli üzrə pilləli plan təklif olunub və mövcud böhrandan çıxış yolları müzakirə edilib.

 “Asharq Al-Avsat” qəzetinin yazdığına görə, İraq hökuməti İraq Kürdüstanı ilə konfederasiyanın qurulmasını istisna etmir. İraq Kürdüstanın siyasi rəhbərliyinin nümayəndəsi Abdulla Varati bildirib ki, konfederasiyanın yaradılmasını qonşu dövlət olan 3-cü tərəf təklif edib və təşəbbüs İraq parlamenti və hökumətindəki bir sıra siyasi fraksiyalar tərəfindən dəstəklənib.

 Xatırladaq ki, sentyabrın 25-də İraq Kürdüstanı ərazisində müstəqilliyə dair referendum keçirilib.