İslamabad: “Yəmən böhranı sülh yolu ilə həll edilməlidir”
Pakistan parlamenti Yəmənə aviazərbələr endirən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya qatılmağın əleyhinə səs verib.
Strateq.az xarici KİV-ə isnadən bildirir ki, ölkənin baş naziri Nəvaz Şərif əvvəllər İslamabadın qiyamçı-husilərə qarşı ərəb koalisiyasının hərbi əməliyyatında iştirak qərarı qəbul etməyə tələsməyəcəyini qeyd etmişdi.
O həmçinin Yəmən böhranının sülh yolu ilə həllinin vacibliyini vurğulamışdı.
Bu açıqlama Səudiyyənin husilərlə mübarizə üçün İslamabaddan gəmi və təyyarələr ayrıması barədə xahişindən sonra verilib.