Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Barak Obamaya qarşıdan gələn yeni il münasibətiylə təbrik məktubu göndərib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Putin ABŞ-Rusiya münasibətlərinin beynəlxalq təhlükəsizliyin təminatı baxımdan açar faktorlardan olduğunu bildirib: «Əminəm ki, konstruktiv dialoq və maraqlarımızı əhatə edən əməkdaşlıqla Rusiya və ABŞ təhlükəsizliyə olan təhdidlərə qarşı effektiv duruş gətirə, müxtəlif regionlardakı münaqişələrin nizamlanmasına yardım edə bilər».
Putin ABŞ-la yanaşı, bir çox Avropa dövlətlərinin və postsovet ölkələrin liderlərinə də təbrik məktubu göndərib. Türkiyə və Ukrayna isə Rusiya prezidentinin təbrik etdiyi ölkələr sırasına düşməyib.