XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2017 - 22:58

Moskva Trampı Kim Çen Ina qarşı təmkinə çağırdı:"Bu siyasət işlək deyil"

Kreml ABŞ prezidenti Donald Trampın Şimali Koreyaya dair dediklərindən sonra təmkin nümayiş etdirilməsinə çağırıb.

Tramp deyib ki, Pxenyanla münasibətdə yalnız bir iş görülə bilər. O, bununla müharibəyə işarə edib. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Moskva mübahisə tərəflərini vəziyyəti ağırlaşdıracaq hər bir addımdan çəkinməyə çağırır.

Trampın İranla bağlı bəyanatından danışan sözçü Amerikanın İranla əldə edilən nüvə razılığından çıxmasının mənfi nətəcələr verəcəyini deyib. 

ABŞ prezidenti dövlət katibi Reks Tillersonun Şimali Koreya lideri ilə müzakirələr keçirilməsi səylərini boşa sərf edilmiş vaxt adlandırıb: "Ölkəmiz 25 ildir Şimali Koreya ilə bağlı uğursuz siyasət yürüdür. Milyonllarla dollar sərf edilir, geriyə heç nə alınmır. Bu siyasət işlək deyil!" – deyə, ABŞ dövlət başçısı Twitter hesabında yazıb. (Amerikanın Səsi)