Bu il Rusiyada intihardan ölənlərin sayı yol-nəqliyyat hadisələrində həyatını itirənlərin sayından daha çox olub.
BBC-nin xəbərinə görə, bu məlumat Rusiya Dövlət Statistika Xidmətinin (Rosstat) “Rusiyada sosial-iqtisadi vəziyyət” adlı aylıq hesabatındandır.
Hesabata görə, yanvar-oktyabr aylarında 21 min 300 rusiyalı intihar qurbanı olub. 20 min 100 nəfər isə nəqliyyatda baş verən qəzalar nəticəsində həyatını itirib.
Ilin ilk 10 ayında xarici amillərə görə 137,1 min rusiyalı həlak olub. Xarici səbəblər dedikdə xəstəlik nəticəsində deyil, müxtəlif kənar təsirlər nəticəsində baş verən ölüm halları nəzərdə tutulur.