ABŞ hökuməti İranın ballistik raketlərin buraxılışı proqramı ilə bağlı İran, Honqkonq və BƏƏ-nin fiziki şəxsləri və şirkətlərinə qarşı yeni sanksiyalar hazırlayır.
Strateq.az bbc.com-a isnadən bildirir ki, ABŞ maliyyə nazirliyinin sanksiyaları Amerika şirkətləri ilə ticarətə qadağa nəzərdə tutur, sanksiyaya düşmüş müəssisələrin ABŞ banklarındakı hesabları isə dondurulacaq. 12-dək şirkət “qara siyahı”ya düşəcək.
BMT TŞ 2010-cu ldə İranın nüvə başlığı daşımağa qabil ballistik raketlərlə bağlı istənilən fəaliyyətini yasaqlayan qətnamə qəbul edib. Reyterin məlumatına görə, İran nüvə başlıqlaırnı mənzilə çatdıran ballistik raketləri oktyabrda testdən keçirib, buna görə də BMT komissiyasıı nəticə çıxardıb ki, İran Təhlükəsizlik Şurasının qətnaməsini pozub.
Müşahidəçilərin fikrincə, İranın addımları bu ölkə ilə “altılıq” arasında keçən il Cenevrədə imzalanmış sazişin pozulmasına doğru apara bilər.