Avropa Birliyi (AB) İspaniya hökuməti ilə Kataloniya arasındakı böhranda vasitəçi rolunu oynamalıdır.
Bu sözləri Fransa lideri Emmanuel Makron deyib.
“Avropa, Fransa və Almaniya nə üçün Kataloniya böhranına müdaxilə etmir? Çünki Avropa müstəqil dövlətlərdən formalaşıb. Əgər mən Kataloniya böhranına qarışsam, bu, İspaniyanın daxili işlərinə qarışmaq olar. Bu durum İspaniya baş naziri və kral ailəsi tərəfindən qəbuledilməzdir”, – dövlət başçısı bildirib.
O, kataloniyalıların təzyiq altında olmadığını da qeyd edib/Axar.az.