XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2017 - 13:47

Berdıməhəmmədov Putinə it hədiyyə edib- FOTO

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Rusiya prezidenti Vladimir Putinə it hədiyyə edib.

APA-nın Soçiyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, Rusiya və Türkmənistan prezidentlərinin görüşü MDB ölkələri dövlət başçılarının sammiti çərçivəsində keçirilib.

Berdıməhəmmədov doğum günü münasibəti ilə Putinə Orta Asiyada məşhur "Alabay" cinsindən olan it hədiyyə edib. 

Mətbuat nümayəndələrinin önündə it Putinə təqdim olunub. Rusiya prezidenti hədiyyəyə görə türkmənistanlı həmkarına təşəkkürünü bildirib.