XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2017 - 18:15

Xırda hüquq pozuntularına görə həbs cəzasını GPS-ayaq bilərzikləri əvəzləyəcək- Abu-Dabidə

Abu-Dabi Məhkəmə Departamentinin yerli KİV-lərə verdiyi məlumata görə, paytaxt polisi xırda hüquq pozuntuları törətmiş şəxslərin hərəkətini izləyən elektron sistemi işə salıb.

Azərtac xəbər verir ki, gecə-gündüz fasiləsiz işləyən izləyici sistem GPS texnologiyaları bazasında fəaliyyət göstərən elektron ayaq bilərziyi vasitəsilə həyata keçiriləcək. Şübhəli şəxsin olduğu yeri təyin edən bu sistem kiçik hüquq pozuntularına görə qısamüddətli həbs cəzasına alternativ olaraq istifadə edilir. Bu halda nəzarət sistemi Abu-Dabi Məhkəmə Departamenti ilə əlaqələndirilmiş şəkildə yerinə yetiriləcək. Şübhəlilərin monitorinqi məhkəmənin göstərişi və prokurorluğun qərarı ilə keçiriləcək.

Abu-Dabinin baş prokuroru Əli Məhəmməd əl Baluşi izah edib ki, şübhəli şəxslərin uçotunun aparılmasında qabaqcıl texnologiyalardan istifadə edilməsi məhkəmə qaydalarının yerinə yetirilməsinə müsbət təsir göstərəcək, həmçinin buna bənzər cinayətlərin təkrarlanmasının qarşısını almağa, onları törədənlərin yenidən öz ailəsinə və cəmiyyətə inteqrasiya etməsinə imkan yaradacaq.