XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

31 Dekabr 2015 - 13:33

Davudoğlu sözünü geri götürdü: “Təyyarəni vurmaq əmrini mən verməmişəm”

Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib ki, Rusiyanın Su-24 bombardmançı təyyarəsini vurmaq əmrini o verməyib.

“Mən 17 saniyə ərzində bu əmri necə verə bilərdim? Mümkün deyil axı. Baş nazir təhlükələrə reaksiya verilməsi qaydalarının qüvvəyə minməsini təsdiqləyir. Bu qaydalar da yeni deyil. Həmin hadisədən iki gün əvvəl Baş Qərargah bu qaydaların tətbiq olunması səlahiyyətlərini ölkənin Hərbi Hava Qüvvələri komandanlığına ötürmüşdü”,- deyə baş nazir bildirib.

Bununla belə, Davudoğlu deyib ki, təyyarənin vurulmasını düzgün sayır, çünki “ölkənin hava məkanını müdafiəsiz qoymaq olmazdı”.

Qeyd edək ki, hadisədən dərhal sonra baş nazir qırıcının vurulması əmrini şəxsən verdiyini bəyan etmişdi.

Virtualaz.org