XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

11 Oktyabr 2017 - 19:26

İraq məhkəməsi kürd muxtariyyətinin seçki komissiyasının üzvlərininhəbsinə order verib

İraq məhkəməsi kürd muxtariyyətinin seçkilər və referendum üzrə ali müstəqil komissiyasının üzvlərinin həbsinə order verib.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, məhkəmə İraqın Milli Təhlükəsizlik Şurasının regionda keçirilən referendumun Ali Federal Məhkəmənin bu məsələ üzrə qərarına zidd olduğunu təsdiq edəndən sonra bu addımı atıb.

Xatırladaq ki, sentyabrın 25-də İraq Kürdüstanında müstəqillik barədə referendum keçirilib. İraq hökuməti referendumu qanunsuz sayıb və səsvermənin nəticələri barədə muxtariyyətin regional hökuməti ilə danışıqlar aparmayacaqlarını bildirib. Eyni zamanda, İraq Kürdüstanın qonşuları – Türkiyə və İran, həmçinin ABŞ və BMT referendumun əleyhinə çıxıb.