XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2017 - 20:09

Putin:"MDB ölkələri arasında ticarət dövriyyəsinin həcmi 75 mlrd. dollara çatıb"

"Bu ilin əvvəlindən MDB ölkələri arasında ticarət dövriyyəsinin həcmi 25 faiz artıb".
 
APA-nın Soçiyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin MDB dövlət başçılarının sammitinin geniş tərkibli iclasında bildirib. 
 
O, Birlik ölkələri arasında ticarət dövriyyəsinin bu ilin əvvəlindən 25 faiz artaraq 75 mlrd. dollara çatdığını söyləyib: "Bu ilin əvvəlindən bizim ölkələrdə iqtisadi fəallığın bərpası müşahidə olunur".
 
Rusiya prezidentinin fikrincə, MDB ölkələri arasında ticarət dövriyyəsinin gələcəkdə dayanıqlı inkişafını təmin etmək üçün azad ticarət rejiminin yaradılması, malların hərəkətinə mane olan amillərin aradan götürülməsi, gömrük prosedurlarının sadələşdirilməsi gərəkdir.