XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2017 - 21:28

Britaniyanın maliyyə naziri:"Birləşmiş Krallıq razılıq əldə edilmədən “Brexit”ə hazır olmalıdır"

Birləşmiş Krallıq heç bir razılıq əldə etmədən Avropa İttifaqından ayrılmağa (“Hard Brexit”) hazır olmalıdır.

Bu fikirləri Britaniya maliyyə naziri Filip Hamond parlamentdə “Brexit” ilə bağlı müzakirələrdə səsləndirib. Onun sözlərinə görə, indiyə qədər “Brexit” barədə Aİ ilə heç bir razılığa gəlmək mümkün olmayıb. “Biz o zaman rahat davrana bilərik ki, əlimizdə hər iki tərəfə sərf edən anlaşma üçün fakt olsun. Bu fakt əldə olunana qədər xüsusilə ölkə büdcəsinə diqqət edilməli və xərclər “Hard Brexit” yönümlü olmalıdır”, – deyə nazir vurğulayıb(azərtac).