XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

31 Dekabr 2015 - 16:53

Rusiyanın PKK açıqlamasına Ankaradan rişxəndli cavab: “Gülməlidir…”

“Rusiyanın başqalarına insan hüquqları ilə bağlı dərs verməyə çalışması gülməlidir”.

Bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç bildirib.

Bilgiç Türkiyənin PKK-ya qarşı əməliyyat aparmasına Rusiyanın reaksiyasını belə dəyərləndirib: 

“Rusiyanın demokratiya, hüquqi dövlət və insan haqları məsələsində mövqeyi hər kəsə məlumdur. Moskva beynəlxalq hüququ açıq şəkildə pozaraq Ukrayna və Gürcüstan kimi qonşu ölkələrdə müharibələr aparıb. Kreml Suriyada əli qana batmış diktatora dəstək verir, hər cür siyasi və hərbi dəstəyi Dəməşqə təmin edir”.

Axar.az