XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2017 - 11:16

BMT-nin büdcəsi 200 milyon dollara qədər azalmalıdır –Baş katibindən yeni təklif

BMT-nin baş katibi Antoniu Quterriş təşkilatın 2018-2019-cu illər üzrə büdcəsi ilə bağlı təkliflərini Baş Assambleyanın 72-ci sessiyasının Beşinci Komitəsinin nümayəndə heyətinə təqdim edib.

Məlumatı BMT-nin mətbuat xidməti yayıb. 

Baş katib iki illik büdcənin 5,4 milyard dollar olmasını və bu formada təsdiqlənməsini xahiş edib. Bu, 2016-2017-ci illər üçün ayrılmış büdcədən 200 milyon dollar və ya 4 faiz azdır.

Baş katib Beşinci Komitənin nümayəndə heyətindən 9998 vəzifədən ibarət ştat cədvəlini təsdiqləməyi də xahiş edib. Bu, ümumilikdə indiki ştat cədvəlindən 92 vəzifə azdır.

Ümumilikdə BMT-də 175 vəzifə ləğv ediləcək. Bu ixtasarlar 79 yeni vəzifənin yaradılmssı ilə qismən kompensasiya olunacaq.

A.Quterriş tezliklə Baş Assambleyaya BMT-də islahatlarla bağlı təkliflərini təqdim edəcəyini bildirib: "İslahatlarla bağlı təkliflər 2018-2019-cu illər üçün nəzərdə tutulan büdcəyə təsir etməyəcək".

Onun sözlərinə görə, islahatlar layihəsi təsdiqlənəcəyi təqdirdə, sənəd 2020-ci ildən qüvvəyə minəcək. 

Xatırladaq ki, BMT-nin müntəzəm büdcəsi təşkilata üzv dövlətlərin ianələri hesabına formalaşır. İanənin həcmi BMT-nin ümumi xərclərindən asılı olaraq, faiz göstəricisi ilə müəyyən olunur/Report.