XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

01 Yanvar 2016 - 05:58

Moskvanın səhvi: Ankara üstünlüyü ələ alır

Şimali İraq rəhbərliyi ilə münasibətlərin yaxın olması, rəsmi Ankaranın kürdlərə münasibətdə manevr imkanlarını artırır.

Bu barədə axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu danışıb. O bildirib ki,  Türkiyənin istər İraqda, istərsə də Suriyada dəyişməz maraqları və prioritetləri var:

“Əslində, Türkiyənin kürd muxtar vilayəti ilə münasibətlərindəki istiləşmə İranla yaxınlığı ilə seçilən İraq rəhbərliyini qıcıqlandırır. Yəni burada məsələ yalnız Rusiya faktoru deyil. Bu amil Rusiyanın bölgədə daha aktiv rol almaq niyyətini hərbi iştirakla təsdiqləməsindən və Suriyadakı son hadisələrdən sonra meydana çıxdı. Kreml Türkiyənin daxilindəki bölücü qruplaşmaların maraqlarının siyasi ifadəçisi funksiyasını yerinə yetirən şəxslərə üstünlük verməklə yanlış bir yol seçir. Rusiya bununla heç nəyə nail ola bilməyəcək. Şimali İraq rəhbərliyi ilə münasibətlərin yaxın olması rəsmi Ankaranın kürdlərə münasibətdə manevr imkanlarını nəinki artırır, hətta Türkiyəyə əlavə siyasi və iqtisadi dividentlər də qazandırır. Türkiyənin istər İraqda, istərsə də Suriyada dəyişməz maraqları və prioritetləri var. Şimali İraq və Suriya da bu prioritetlərdəndir. Məhz bu səbədən də sözügedən bölgələrdə həm siyasi, həm də ticari maraqlardan çıxış edən Ankara maksimum dərəcədə nüfuzunu artırmağa çalışacaq. Bu əsnada Türkiyənin Mosula son müdaxiləsini xatırlatmaq yerinə düşərdi”.