XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Yanvar 2016 - 06:43

Təyyarə burulğana düşdü – 21 nəfər xəsarət aldı

Air Canada” şirkətinə məxsus, Şanxay-Toronto marşrutu üzrə uçan təyyarə hava burulğanına düşüb.

BBC xəbər verir ki, hadisə zamanı təyyarədəki 21 nəfər xəsarət alıb. Onların arasında 3 azyaşlı da var.

Təyyarə Calgary şəhərində təcili eniş edib. Rəsmi məlumata görə, 8 sərnişin boyun və kürək nahiyəsindən zərbə alıb, daha 13 nəfər yoxlamadan keçmək üçün xəstəxanaya aparılıb. Xəsarət alanların vəziyyəti stabildir.

Təyyarənin göyərtəsində ümumilikdə, 351 nəfərin olduğu bildirilir. Onların 332-i sərnişin, 19-u ekipaj üzvü olub.

Sərnişinlərdən Yi Li jurnalistlərə hadisəni belə təsvir edib:

“Əvvəl hər şey normal idi, sadəcə təyyarə bir qədər yellənirdi. Birdən vəziyyət gərginləşdi, tayyarə silkələnməyə başladı. Yanımda oturan qız yatırdı, qəfildən uçmağa başladı”.