XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 January 2016 - 07:00

Ruhani: “Raket proqramını genişləndirəcəyik”

İran prezidenti Həsən Ruhani bildirib ki, ABŞ-ın İranın daxili işlərinə qanunsuz müdaxiləsi halında ölkəsi raket potensialını gücləndirmək üçün yeni proqram işləməyə hazırdır.

Strateq.az xaric KİV-ə istinadən bildirir ki, o öz Tvitter səhifəsində yazıb:

Bizim raket proqramlarımız haqda danışıqlar aparmamışıq və bu sahədə heç bir məhdudiyyəti qəbul etmirik”.

Amerika hərbçiləri dekabrın 30-da Hörmüz körfəzində reyddə olan Amerika gəmilərinin yaxınlığında ballistik raketlərin sınaq buraxılışılarına görə İranı fitnəkarlıqda ittiham etdilər. Növbətin gün  KİV-də məlumat yayıldı ki, İranın ballistik raketlərin buraxılışı üzrə proqramına görə, ABŞ yeni sanksiyalar hazırlayır.

Qeyd edək ki, BMT TŞ 2010-cu ildə nüvə başlığı daşıya bilən ballistik raketlərin buraxılışı və istifadəsi ilə bağlı İranın istənilən fəaliyyətini yasaqlayan qətnamə qəbul edib.