XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2017 - 18:34

“Yalan danışmayın, Kataloniya İspaniyadır!” –Kataloniyada on minlərlə insan yenə küçələrə çıxıb 

Kataloniyada on minlərlə insan İspaniyanın Milli bayramını qeyd etmək üçün küçələrə çıxıb. 

Aksiyaya “Katalon vətəndaş cəmiyyəti” də qoşulub.

Mitinqdə “Kataloniyaya “bəli”, İspaniyaya da!” şüarları səsləndirilib.

Əyalət paytaxtı Barselonada tədbir iştirakçıları əllərində İspaniya və əyalətin bayraqlarını daşıyıblar. Aksiya iştirakçıları “Yalan danışmayın, Kataloniya İspaniyadır!”, “Puçdemon (Kataloniya hökumətinin başçısı – “Report”) həbsxanaya!”, “Yaşasın kral!”, “Yaşasın vətəndaş qvardiyası!” şüarlarını səsləndiriblər. 

Qeyd edək ki, oktyabrın 1-də əyalətdə “müstəqillik”lə bağlı “referendum” keçirilib. Heç bir dövlət və beynəlxalq təşkilat "referendum"un nəticələrini tanımayıb. Ona görə də əyalət rəhbərliyi Kataloniyanın müstəqilliyini elan etməyi təxirə salıb/Report.