XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Oktyabr 2017 - 23:53

“ABŞ-ın YUNESKO-dan ayrılması kədərlidir, təşkilatın durumunu ağırlaşdıracaq” –Rusiya XİN

"ABŞ-ın YUNESKO-dan ayrılması kədərlidir və bu qərar təşkilatın durumunu ağırlaşdıracaq".

Bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çıxış edib.

"ABŞ rəhbərliyinin sözügedən qərarı təəssüfedicidir. YUNESKO-nun başında duran ölkənin təşkilatın çətin bir anında ayrılması vəziyyəti daha da ağırlaşdırdı. ABŞ-ın 2011-ci ildən bu yana ödəniş ödəmədiyi, bununla təşkilatın işini çətinə saldığı və bir sıra mühüm layihəni pozduğunu qeyd etmək lazımdır. ABŞ-ın Parisdə keçirilən təşkilatın baş direktorluğuna seçkilər ərəfəsində YUNESKO-dan ayrıldığı barədə açıqlaması təəccüblü deyil", – Zaxarova qeyd edib.

Qeyd edək ki, ABŞ-ın təşkilatdan çıxmağına səbəb kimi maliyyə vasitələrinə qənaət və YUNESKO-da antiisrail qətnamələrinin qəbuluna etiraz məsələlərini göstəriləcəyi qeyd edilmişdi. Bundan sonra İsrail də təşkilatdan ayrılacağını bəyan edib/Axar.az.