XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2017 - 10:44

Birləşmiş Ərəb Əmirlikləri  Şimali Koreya vətəndaşlarına viza verməyi dayandırdı –Səfir də geri çağrılır

Birləşmiş Ərəb Əmirlikləri Şimali Koreyadan olan  işçilərinə viza verməyi dayandıracağını bəyan edib.

Bununla da BƏƏ Şimali Koreya ilə ABŞ arasında yaşanan gərglinkdən sonra Pxenyanla münasibətləri azaldan ən sonuncu ərəb körfəzi ölkəsidir. BƏƏ-nin Xarici İşlər Nazirliyinin cümə axşamı verdiyi açıqlamada ölkədə işləyən minlərlə şimali koreyalının aqibətindən bəhs edilməyib. Açıqlamada BƏƏ-nin Şimali Koreyada səfirini geri çağıracağı da qeyd olunub.

Bəyanatda həmçinin BƏƏ-nin Şimali Koreyanın nüvə silhaları və raket proqramına qarşı birləşmiş qlobal cəbhənin yaranmasını istədiyi vurğulanıb. Ekspertlər deyir ki, şimali koreyalı işçilər Pxenyana beynəlxalq sanskiyalardan yayınmağa və nüvə silahları ilə ballistik raket proqramları üçün pul toplamağa yardım edir. (Amerikanın Səsi)