XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2017 - 18:02

Tramp bu gün İranla bağlı sazişin taleyini həll edəcək –ABŞ prezidenti qərarını açıqlayacaq

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın bu gün İranın nüvə proqramı sazişə dəstəyini rəsmən geri götürəcəyi gözlənilir.

Ancaq bu, anlaşmanın büsbütün ləğv edilməsi anlamına gəlmir. Rəsmilərin dediyinə görə, ABŞ lideri yeni sərt strategiya açıqlayacaq. Ağ Ev rəsmiləri bu gün axşam saatlarında edəcəyi çıxışı zamanı prezidentin 2015-ci ildə Vaşinqton və digər 5 dövlətin İranla əldə etdiyi razılığın Birləşmiş Ştatların milli təhlükəsizliyinin marağında olmadığını bəyan edəcəyini bildirib.

Müqavilənin 60 gün müddətinə dayandırılacağı və bu müddət ərzində Konqres razılaşmanın bir hissəsi olaraq, qaldırılan iqtisadi sanksiyaların bir qisminin və ya hamısının yenidən reallaşdırılmasına qərar verməlidir.

Respublikaçı və Demokratların çoxu sanksiyaların bərpasına qarşıdır və bunun razılıği məhv edəcəyini, media xəbərləində isə prezident Trampın Konqresi bu addımı atmağa məcbur edə biləcəyi bildirilir. Cənab Tramp razılığı "ən axmaq razılıq" adlandırıb və buna son qoya biləcəyini deyib. ABŞ tərəfindən sazişin təxirə salınması cəhdləri xoşagəlməz nəticələr verməklə yanaşı, Vaşinqtonun beynəlxalq təcridinə yol açmış ola bilər. (Amerikanın Səsi)