Bu gündən etibarən Avrasiya İqtisadi İttifaqına sədrlik Qazaxstana keçir.
Strateq.az bildirir ki, Astana bu postda Belarusu əvəzləyəcək. Avrasiya Ali İqtisadi Şurasına prezident Nursultan Nazarbayev sədrlik edəcək.
Fevralın 1-dən Şuranın yeni tərkibi öz işinə başlayacaq.
Avrasiya İttifaqının yaradılması haqqında saziş 2014-cü ilin may ayında imzalanıb. Quruma Rusiya, Belarus, Qazaxstan, Ermənistan və Qırğızstan daxildir.