XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2017 - 20:41

Çexiya prezidenti:“Üzr istəmək fikrində deyiləm, Krım Rusiyaya məxsusdur”

Çexiya prezidenti Miloş Zeman Ukraynanın Krımı həmişəlik itirməsini iddia etdiyinə görə üzr istəməkdən imtina edib.

Xatırladaq ki, AŞPA-dakı çıxışında M.Zeman məsələnin “həll edilmiş” olduğunu deyib və Rusiyanın Krıma görə Ukraynaya kompensasiya ödəməsini təklif edib. Virtualaz.org xəbər verir ki, bundan sonra ukraynalılar Zemanı “arzuolunmaz şəxs” elan etməyə çağırmış, baş nazir Qroysman isə Çexiya prezidentini “psixi xəstə” adlandırmışdı.

Çexiyada dərc olunan “Prague Daily Monitor” nəşrinə müsahibəsində Zeman sözlərinə aydınlıq gətirib: “Krım Rusiyaya məxsusdur və mən elə bir Rusiya hökuməti təsəvvür edə bilmirəm ki, o, Krımdan imtina etsin”. Prezident bu sözlərin onun şəxsi fikri olduğunu deyib və üzr istəməyəcəyini bildirib.