XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2017 - 22:29

İran ordusu bəyanat verdi:“SEPAH olmasaydı, bu gün terror bir çox region ölkəsini bürümüşdü”

İran İslam Respublikasının ordusu bəyanat yayaraq ABŞ prezidenti Donald Trampın İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı mövqeyini tənqid edib.

Strateq.az İRİB-ə istinadən bildirir ki, İran ordusunun yaydığı bəyanatda SEPAH-a edilən hörmətsizliyi “İran İslam Respublikası quruluşuna edilmiş hörmətsizlik” adlandırıb.

Sənəddə deyilir ki, İran silahlı qüvvələri və SEPAH arasındakı birlik və yekdillik var: “Əgər İran silahlı qüvvələrinin, xüsusilə də SEPAH-ın tədbirləri olmasaydı, bu gün terrorizm bir çox region ölkəsini öz təsiri altına almış olardı”.

Bəyanatda qeyd olunur ki, ordu və SEPAH bundan sonra da İranın ideyalarını müdafiə edəcək.

Xatırladaq ki, ABŞ prezidenti Tramp bu gün İranın nüvə anlaşması ilə bağlı yeni strategiyasını elan edib və  SEPAH-a qarşı sanksiyalar tətbiq olunub.

Strateq.az