XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2017 - 10:08

Kaliforniyada meşə yanğınları- Ölənlərin sayı 36-ya çatıb

ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.
 

APA-nın xəbərinə görə, bu barədə “AP” agentliyi xəbər verib.
 
Son məlumatlara əsasən, yanğın azı 5 700 çox ev və inzibati binanı qismən və yaxud tamamilə məhv edib, təxminən 90 min insan evini tərk etmək məcburiyyətində qalıb. Hazırda bölgədə 17 yanğın ocağı mövcuddur. Alovun söndürülməsinə 9 minə yaxın yanğınsöndürən cəlb edilib. Yerli canlı qüvvəyə Kanada və Avstraliyadan gələn yanğınsöndürənlər kömək edir.