XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2017 - 14:37

“Facebook” vasitəsilə yemək sifariş etmək mümkün olacaq- Hələlik Amerikada

Amerikalılar “Facebook” sosial şəbəkəsi vasitəsilə artıq yemək sifariş edə biləcəklər.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, istifadəçilər restoranları sosial şəbəkədən görə biləcək və dostlarının həmin restoranlar haqqında yazdıqları şərhləri oxuya biləcəklər.

“Facebook”un yaydığı məlumata görə, istifadəçilər “evə gətir” və ya “restorandan al” işarələri ilə seçim edərək sifarişlərini verə biləcəklər. “Facebook”un bu yeni xidməti sayəsində istifadəçilərin daha çox restoran seçmə şansları olacaq. Eyni zamanda, ekspertlər qeyd ediblər ki, bu xidmət sayəsində istifadəçilər saytda uzun müddət qalacaqlar.